İlin ən yaxşı qapıçısının adı açıqlanıb
Dekabrın 17-də FIFA “İlin ən yaxşıları” müsabiqəsi üzrə qaliblərin adını açıqlayıb.

İllk dəfə onlayn formatda təşkil olunan tədbir ilin ən yaxşı qadın və kişi məşqçiləri, ən yaxşı qadın və kişi futbolçuları olmaqla, ümumilikdə on bir nominasiya üzrə mükafatlar təqdim olunub.

İlin ən yaxşı qapıçısı adına Almaniyanın "Bavariya" klubunun qolkiperi Manuel Noyer layiq görülüb. O, ötən mövsüm komandası ilə birgə UEFA Çempionlar Liqasının qalibi olub.

Almaniya millisinin kapitanı həmin mövsüm qitənin ən nüfuzlu klub turnirinin ən yaxşı qapıçısı adına layiq görülüb.

Qeyd edək ki, “The Best”lə bağlı səsvermə noyabr 25-dən dekabrın 9-dək davam edib. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edib.

Xatırladaq ki, ötən il bu mükafata İspaniyanın "Barselona"nın klubunun ulduz futbolçusu Lionel Messi laiq görülüb. Argentinalı bu mükafatı altı dəfə qazanan ilk futbolçu kimi tarixə düşüb.

Xəbər 400 dəfə oxundu.