Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala yüksəlib
Azərbaycanın daha iki sərbəst güləşçisi yarımfinala vəsiqəni təmin edib.

Komandamızın üzvü Şamil Zubairov (97 kq) dörddəbir finalda Moldova təmsilçisi Samxan Cəbrayılovu 8:1 hesabla məğlubiyyətə uğradaraq növbəti mərhələyə yüksəlib. O, yarımfinalda tacikistanlı Muxamed İkromov ilə qarşılaşacaq.

Digər güləşçimiz Əhmədnəbi Qvarzatilov (97 kq) bolqarıstanlı Qeorqi Vanqelov üzərində 4:3 hesabı ilə qələbə qazanaraq adını yarımfinala yazdırıb. Növbəti mərhələdə onun rəqibi belaruslu Aleksandr Xuştyun olacaq.

Xəbər 394 dəfə oxundu.