Müasir beşnövçülük üçüncü Avropa Oyunlarının proqramına daxil edilib
Olimpiya idman növü olan müasir beşnövçülük üçüncü Avropa Oyunlarının proqramına daxil edilib.

2023-cü ildə Krakovda keçiriləcək üçüncü Avropa Oyunlarında atletlər idmanın bu növü üzrə də medallar uğrunda mübarizə aparacaqlar. Bundan əlavə, idmançılar 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək şansı da qazanacaqlar.

Qeyd edək ki, üçüncü Avropa Oyunları 2023-cü il iyunun 9-dan 25-dək keçiriləcək. Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.

Xəbər 403 dəfə oxundu.