Türkiyə Kuboku: "Fənərbağça" səkkizdəbir finala vəsiqə əldə edib
Futbol üzrə Türkiyə Kubokunda onaltıdabir final mərhələsinin daha 5 oyunu keçirilib.

"Fənərbağça" doğma meydanda "Karacabey Belediyespor"la qarşılaşıb. Görüş İstanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 11-ci dəqiqədə qonaqların futbolçusu Onur Özcan öz qapısından keçirib. Meydan sahibləri 29-cu dəqiqədə azlıqda qalıblar. Qapıçı Altay Bayındır qırmızı vərəqə alaraq, meydandan qovulub. Beləliklə, İstanbul klubu çətin qələbə sayəsində səkkizdəbir finala vəsiqə əldə edib.

Qeyd edək ki, bugünkü matçlardan sonra "Fənərbağça" ilə yanaşı, "Erzurumspor", "Qaziantepspor", "Alanyaspor" və "Adana Demirspor" növbəti mərhələyə adlayıb. "Trabzonspor" isə ölkə kubokunda mübarizəni dayandırıb.

Xəbər 342 dəfə oxundu.