“Neftçi”nin baş məşqçisi və futbolçuları məşqlərə qoşulublar
Bakının “Neftçi” futbol klubunun koronavirusdan sağalan baş məşqçisi Samir Abasov komanda ilə məşqlərə qoşulub.

42 yaşlı mütəxəssislə yanaşı, kapitan Emin Mahmudov, eləcə də Anton Krivotsyuk və Fəhmin Muradbəyli məşqlərə başlayıblar.

Koronavirus aşkarlanan Stiven Monroz, Bruno Teluşi və zədəli Cabir Əmirli hələ məşqlərdə iştirak edə bilmirlər.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”la qarşılaşacaq. Görüş dekabrın 20-də “Bank Respublika Arena”da olacaq.

Xəbər 410 dəfə oxundu.