Şahmat üzrə onlayn Avropa çempionatı keçiriləcək
Avropa Şahmat Birliyi (AŞB) və Sileziya Şahmat Federasiyasının (SŞF) təşkilatçılığı ilə dekabrın 19-20-də blits üzrə onlayn Avropa çempionatı keçiriləcək.

Yarışın əvvəlcə İsveçrə sistemi üzrə 11 turdan ibarət seçmə mərhələsi keçiriləcək. Ən yaxşı 16 oyunçu pley-offa yüksələcək. Pley-off mərhələsinin ən yaxşı 4 oyunçusu isə turnirin medalçılarını və qalibini müəyyənləşdirən yarımfinala yüksələcək. Daha sonra superfinal keçiriləcək.

Ən yaxşı 16 oyunçuya pul mükafatı, medallar və kuboklar veriləcək. Təşkilatçılar həmçinin, ən yaxşı qadın oyunçular, yaşlı oyunçular və müxtəlif yaş qruplarında yeniyetmə şahmatçılar üçün xüsusi mükafatlar hazırlayıblar.

Turnirdə Azərbaycan şahmatçıları da iştirak edəcəklər.

Xəbər 392 dəfə oxundu.