Voleybol üzrə dünya çempionatlarının loqosu təqdim olunub
Beynəlxalq Voleybol Federasiyası (FIVB) növbəti dünya çempionatlarının loqosunu təqdim edib.

2022-ci ildə keçiriləcək kişilər və qadınlar arasında mundialların rəmzində bənzər elementlər əks olunub.

Rəmzdə voleybolçunun yüksəyə tullanmasının yer alması dünya çempionatının yarışların zirvəsi olması anlamına gəlir.

Qeyd edək ki, 2022-ci ildə kişi voleybolçular arasında dünya çempionatı Rusiyada təşkil olunacaq. Qadınların yarışına isə Niderland və Polşa birgə ev sahibliyi edəcək.

Xəbər 439 dəfə oxundu.