“Neftçi” qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək
Bakının “Neftçi” futbol klubu qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək.

Bunu komandanın baş məşqçisi Samir Abasov “Neftçi TV”yə açıqlamasında deyib.

Mütəxəssis deyib: “Hazırlıq prosesi Bakıda olacaq: Artıq məsələ 80-90 faiz dəqiqləşib. Ölkə xaricinə çıxmaq düzgün olmaz. Çünki koronavirus təhlükəsi var. Orada nəsə olsa, vəziyyət daha da gərginləşəcək. Sadəcə toplanışın vaxtı dəqiqləşməlidir”.

Xəbər 432 dəfə oxundu.