Taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri növbəti dəfə təxirə salınıb
Yanvarın 30-31-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilməsi planlaşdırılan taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri təxirə salınıb.

Avropa Taekvondo Birliyi 2021-ci ilin əsas turnirinin vaxtını koronavirus pandemiyası səbəbindən dəyişib. Belə ki, yarışın mayın 7-8-də Sofiyada təşkil olunması qərara alınıb.

Xatırladaq ki, əvvəlcə yarışın aprelin 17-19-da Milanda keçirilməsi nəzərdə tutulsa da, epidemioloji səbəbdən aprelin 16-18-də Moskvada keçirilməsi qərara alınmışdı.

Xəbər 417 dəfə oxundu.