“Sabah” Təmkin Xəlilzadə ilə yeni müqavilə imzalayıb
Bakının “Sabah” futbol klubu müdafiəçisi Təmkin Xəlilzadə ilə müqaviləni yeniləyib.

Bununla bağlı 27 yaşlı müdafiəçi “Instagram” hesabında paylaşım edib.

Milli komandamızın üzvü “Sabah”la 2021-ci ilin yanvarınadək olan müqaviləsini mövsümün sonunadək uzadıb.

Qeyd edək ki, T.Xəlilzadə 2019-cu ilin yanvarında “Qəbələ”dən “Sabah”a keçib.

Xəbər 349 dəfə oxundu.