Şahmat üzrə ilk şirkətlərarası dünya çempionatı onlayn formatda keçiriləcək
Gələn il fevralın 19-21-də onlayn formatda şahmat üzrə ilk şirkətlərarası dünya çempionatı keçiriləcək.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib. Çempionatda mübarizə aparacaq komandaların hər birinin heyətində dörd şahmatçı mübarizə aparacaq. Bununla yanaşı, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər oyunda iştirak edəcək komandanın heyətində oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.

Xəbər 399 dəfə oxundu.