“AlphaTauri” komandası Yuki Tsunoda ilə müqavilə imzalayıb
Abu-Dabidə gənclər arasında keçirilmiş sınaq yarışlarının ertəsi günü “AlphaTauri” komandası Yuki Tsunoda ilə müqavilə imzaladığını elan edib.

2021-ci ildə o, rusiyalı pilot Danil Kvaytı əvəz edəcək. D.Kvyatın Y.Tsunoda ilə əvəzlənməsi ilə bağlı şayiələr payızın əvvəllərində yayılmışdı.

Keçən il Avropa yarışlarında debüt edən yapon sürücünün F1 super lisenziyasını almaq üçün xalı yox idi. O, bunun üçün F2 mövsümünü ilk beşlikdə bitirməli idi və gənc pilot bu vəzifənin öhdəsindən uğurla gələrək çempionatda üçüncü olub.

Xəbər 390 dəfə oxundu.