“Beşiktaş” futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb
“Beşiktaş” klubu futbolçusu Rıdvan Yılmazla müqaviləni uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

On doqquz yaşlı müdafiəçi ilə 2025-ci ilin sonunadək müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilə qədər idi.

“Beşiktaş”ın öz yetirməsi olan R.Yılmaz üç ildir əsas komandaya cəlb olunub. O, indiyədək “qara qartallar”ın heyətində 14 rəsmi oyuna çıxıb.

Xəbər 345 dəfə oxundu.