İngiltərə Premyer Liqasının 13-cü turuna start verilib
Dekabrın 16-da futbol üzrə İngiltərə Premyer Liqasının 13-cü turuna start verilib.

Turun açılışında iki qarşılaşma olub. Premyer Liqamın iddialı klublarından sayılan “Çelsi” səfərdə “Volverhemton” klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı London təmsilçisi açıb. Matçın 49-cu dəqiqəsində Benjamin Çivulun cinah ötürməsindən sonra Olivye Jiru qapıya dəqiq zərbə endirib - 0:1. Qoldan sonra irəli atılan meydan sahibləri qarşılaşmanın 66-cı dəqiqəsində hesaba tarazlıq gətirib. Daniel Podense fərqlənib. Bu da oyunda son qol olmayıb. Matçın 90-cı dəqiqəsində meydan sahibləri hesabda önə keçib. Pedru Netu adını tabloya yazdıraraq komandasına vacib qələbə qazandırıb. Qalan dəqiqələrdə hər iki klubun cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu nəticədən sonra xal ehtiyatını 20-yə çatdıran “Volverhemton” turnir cədvəlində 10-ci pilləyə yüksəlib. “Çelsi” isə 22 xalla 5-ci yerdə qərarlaşıb.
Turun digər qarşılaşmasında “Mançester Siti” klubu öz meydanında autsayder “Vest Bronviç”i qəbul edib.
Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər 345 dəfə oxundu.