Əlcəzairli tennisçi danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edilib
Əlcəzairli tennisçi Aymen İxlef danışılmış oyunlara görə, 100 min dollar cərimə olunmaqla yanaşı, ömürlük cəza alıb.

Sanksiya dekabrın 11-də qüvvəyə minib. İdmançının hər hansı bir tennis yarışında oynaması və ya başqa şəkildə iştirak etməsi qadağan edilib.

İyirmi üç yaşlı A.İxlef, dörd dəfə danışılmış görüşlərdə iştirak edib, iki dəfə belə oyunlara digər tennisçiləri cəlb edib. Bundan başqa, o, istintaqla əməkdaşlıqdan da imtina edib.

Xəbər 460 dəfə oxundu.