Fabio Kapello Rusiya yığmasının baş məşqçisi postuna təyin olunub
Tanınmış italiyalı mütəxəssis Fabio Kapello Rusiya yığmasının baş məşqçisi postuna təyin olunub. İdman.com.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının prezidenti səlahiyyətlərini icra edən Nikola Simonyan bu haqda informasiya verib. Onun sözlərinə görə, müqavilə yaxın vaxtda bağlanacaq: “Bu gün belə qərar qəbul olundu ki, Kapello Rusiya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunsun. Biz hesab edirik ki, o və nümayəndəsi yaxın vaxtda Moskvaya yekun şərtləri razılaşdırmaq və müqavilə imzalamaq üçün gələcəklər. Fikrimcə, bu, çərşənbə və ya cümə axşamı olacaq”.

Qeyd edək ki, Rusiya yığması Azərbaycan milli komandası ilə 2014-cü il dünya çempionatının seçmə mərhələsində bir qrupda yer alıb.

Xəbər 952 dəfə oxundu.