“Barselona”nın yeni prezidenti 12 saata 110 min nəfər tərəfindən seçiləcək
“Barselona” futbol klubunun yeni prezidenti vəzifəsinə seçkilər yanvarın 24-də saat 09:00-dan 21:00-dək keçiriləcək.

Klubun tarixində ilk dəfə olaraq prezident seçkiləri COVID-19 pandemiyası ilə əlaqədar sanitariya normaları səbəbindən bir yox, on fərqli seçki məntəqəsində təşkil olunacaq. Təxminən 110 min nəfər səsvermə hüququna sahib olacaq, onların 93 faizi Kataloniyada, 4 faizi İspaniyada, 3 faizi isə xaricdə yaşayanlardır.

Seçki komissiyası üzvlərinin müəyyənləşdirilməsi üçün püşkatma mərasimi dekabrın 16-da baş tutacaq. Dekabrın 23-də seçkilərdə iştirak etmək üçün namizədlərin müraciətlərinin qəbulu aparılacaq. Namizədlik üçün imza toplanması prosesi dekabrın 23-dən yanvarın 11-dək aparılacaq. Ən azı 2257 imza toplayan namizəd seçkilərdə iştirak hüququ qazanacaq.

Xəbər 504 dəfə oxundu.