“Tokio-2020” Yay Olimpiya Oyunlarının ləğvi üçün heç bir əsas yoxdur
“Tokio-2020” Yay Olimpiya Oyunlarının ləğvi ilə bağlı heç bir əsas yoxdur.

Bu sözləri Tokio qubernatoru Yuriko Koike deyib. O etiraf edib ki, yaponların əksəriyyəti Tokio Olimpiadasının keçirilməsinə qarşıdırlar, lakin bütün bunlar keçib gedəcək: “Dünya Tokio Yay Olimpiya Oyunlarını bəşəriyyətin koronavirusa qalib gələcəyinin bir simvolu kimi görürlər. Oyunların ləğv edilməsi üçün heç bir əsas yoxdur. Tokio koronavirus pandemiyasına qarşı mübarizədə hər cür səy göstərməsə, bəs növbəti Olimpiadanın aqibəti necə olacaq”.

Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 5-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Xəbər 542 dəfə oxundu.