“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusdan sağalıb
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun sonuncu koronavirus testinin cavabı mənfi olub.

Lakin 48 yaşlı mütəxəssis karantin müddətini tamamlamadığı üçün komandanı məşqlərə çıxara bilmir. Baş məşqçi hazırda özünü yaxşı hiss edir.

Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçdan əvvəl koronavirus aşkarlanan Abbas Hüseynov isə hələ də İstanbuldadır. O da karantin müddəti başa çatandan sonra test verəcək və mənfi olacağı təqdirdə, Bakıya qayıdacaq.

Hazırda “Qarabağ”ın digər futbolçularından Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emreli təcrid olunublar.

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ"nin qonağı olacaq. Görüş dekabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.

Xəbər 342 dəfə oxundu.