Daha 2 qadın güləşçimiz fərdi dünya kuboku yarışlarında mübarizəyə qoşulur
Serbiyada güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Dekabrın 15-də daha 2 qadın güləşçimiz mübarizəyə qoşulacaq.

Milli komandamızın üzvü Alyona Kolesnik (57 kq) hindistanlı Anşu Anşu, Elis Manolova (65 kq) isə moldovalı İrina Rinqaçi ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 2 bürünc medal qazanıb.

Xəbər 407 dəfə oxundu.