Yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 3 medalla başa vurub
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Turnirdə 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Beka Kandelaki debütdə son Avropa çempionu olan Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe" ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısı ilə bacarmayan B.Kandelaki dekabrın 14-də bürünc medal üçün mübarizə aparıb. Polşa güləşçisinə vaxtından əvvəl qalib gələn güləşçimiz üçüncü yeri tutub.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarını 1 gümüş və 2 bürünc medalla başa vurub.

Xəbər 420 dəfə oxundu.