Güləşçimiz Tatyana Omelçenko fərdi dünya kuboku yarışlarında çıxış edib
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Turnirdə 62 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Tatyana Omelçenko ilk görüşdə İspaniya güləşçisini məyus edərək dörddəbir finala yüksəlib. Ancaq bu mərhələdə Rusiya təmsilçisinə məğlub olub.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb.

Xəbər 537 dəfə oxundu.