“Asteras” klubu sabah Azərbaycana gələcək
“İnter”in Avroliqanın II təsnifat mərhələsində rəqibi olan Yunanıstanın “Asteras” klubu sabah Azərbaycana gələcək. İdman.com.az saytının məlumatına görə. Tripoli klubu səfər matçına 2 gün qalmış ölkəmizə gələcək. Komanda yeni transfer etdiyi macar qapıçısı Marton Folupu ölkəmizə gətirməyəcək. Belə ki, “Asteras” qapıçı müqavilə bağlayandan sonra vətəninə yollanıb və Yunanıstana qayıdan zamanı komandası yolda olacaq. Yunanlar hələ formasını bərpa etməli olan yeni legionerinin xidmətindən “İnter”lə matçda istifadə edə bilməyəcək.

Xəbər 1018 dəfə oxundu.