Şahmat üzrə Azərbaycan-Fransa onlayn yoldaşlıq matçı keçiriləcək
Naxçıvan Şahmat Federasiyası və Fransanın “C’Chartres Échecs” şahmat klubunun birgə təşkilatçılığı ilə Azərbaycan-Fransa onlayn yoldaşlıq matçı keçiriləcək.

Yarışda Naxçıvan Şahmat Federasiyasının Culfa rayonu Uşaq-Gənclər Şahmat Məktəbinin 16 yaşadək şahmatçıları və Fransada yaşayan qrossmeysterimiz Namiq Quliyevin rəhbəri olduğu “C’Chartres Échecs” klubunun təmsilçiləri mübarizə aparacaqlar.

Dekabrın 19-da Bakı vaxtı ilə saat 17:30-da başlayacaq Azərbaycan-Fransa qarşılaşması Lichess.org şahmat platforması üzərindən baş tutacaq.

Xəbər 401 dəfə oxundu.