“Ərzurum BB” klubunun prezidenti istefa verib
Türkiyə Super Liqasında çıxış edən “Ərzurum BB” futbol klubunun prezidenti Hüseyin Üneş istefa verib.

Bu barədə klub məlumat yayıb.

Boş qalan postu müvəqqəti vitse-prezident Ömər Düzgün tutacaq. Prezidentin istefasının səbəbi barədə məlumat verilməsə də, bunu uğursuz çıxışla əlaqələndirirlər.

Qeyd edək ki, “Ərzurum BB” 12 turdan sonra 9 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Xəbər 363 dəfə oxundu.