Qadın güləşçilər fərdi dünya kuboku yarışlarında mübarizəyə başlayırlar
Serbiyada güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Turnirin üçüncü günündə - dekabrın 14-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Qadın güləşçilərin yarışında ölkəmizi 3 idmançı təmsil edəcək.

Bu gün milli komandamızın üzvü Tatyana Omelçenko xalça üzərinə çıxacaq. Altmış iki kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimizin ilk rəqibi İspaniya idmançısı Lidiya Peres olacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb. Daha iki güləşçimiz isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.

Xəbər 432 dəfə oxundu.