Fertsappen Əbu-Dabi Qran-Prisinin qalibi olub
“Red Bull”un niderlandlı pilotu Maks Fertsappen mövsümün son yarışı Əbu-Dabi Qran-Prisinin qalibi olub. Dekabrın 11-13-də dünya çempionatının Yas-Marina trasında təşkil olunan 55 dövrəlik yarışın 17-ci mərhələsində finişə ikinci “Mersedes”in fillandiyalı pilotu Valtteri Bottas çatıb. Üçüncü yerin sahibi onun komanda yoldaşı britaniyalı Luis Hamilton olub.

Pilotların yarışında Luis Hamilton 347 xalla birinci, Valtteri Bottas 223 xalla ikinci, Maks Ferstappen 214 xalla üçüncü yerdə qərarlaşıb.

Komandalar yarışında “Mersedes” 573 xalla birinci, “Red Bull Racing” 319 xalla ikinci, “McLaren” 202 xalla üçüncü yerdə gedir.

Xəbər 441 dəfə oxundu.