İngiltərə Premyer Liqası: “Çelsi” səfərdə məğlub olub
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turun növbəti oyunu keçirilib.

“Qudison Park” stadionunda “Everton” klubu evdə “Çelsi” komandasını qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 22-ci dəqiqədə Qulfi Siqurdsson olub. O, hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xal ehtiyatını 20-yə çatdıran “Everton” turnir cədvəlində 7-ci yerə yüksəlib. “Çelsi” isə 22 xalla üçüncü yerdə qərarlaşıb.

Növbəti turda “Çelsi” səfərdə “Volverhemton” klubunun, “Everton” isə “Lester Siti”nin qonağı olacaq.

Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Lids Yunayted" - "Vest Ham Yunayted" - 1:2;

"Volverhemton" - “Aston Villa" - 0:1;

“Nyukasl Yunayted” - “Vest Bronviç Albion” - 2:1;

“Manmester Yunayted” - “Manmester Siti” - 0:0.

Xəbər 369 dəfə oxundu.