Mesut Özil karyerasını ABŞ-da davam etdirə bilər
Mesut Özil qış transfer pəncərəsində İngiltərənin "Arsenal" klubunu tərk edə bilər.

32 yaşlı türk əsilli almaniyalı futbolçu karyerasını ABŞ-ın MLS liqasında davam etdirə bilər. Yarımmüdafiəçi ilə "Di Si Yunayted", "İnter Mayami" və "Los-Anceles Qelaksi" klubları maraqlanır.

Futbolçunun İngiltərə klubu ilə müqaviləsi gələn il iyunun 30-da bitəcək.

Xəbər 441 dəfə oxundu.