“Azərreyl”in mövsümün transfer bombası arzusu boşa çıxıb
“Azərreyl”in mövsümün transfer bombası arzusu boşa çıxıb. İdman.com.az saytının məlumatına görə, cənubi koreyalı ulduz Yeon Kounq Kim son anda “dəmiryolçular”la müqavilə imzalamaqdan imtina edib.

Buna səbəb onun son mövsümdə olduğu kimi yenə də “Fənərbaxça”nın formasını geyinmək istəyi olub. Çempionlar Liqasının son qalibi və bombardiri İstanbul təmsilçisi ilə yeni 2 illik müqavilə imzalayıb. “Sarı-lacivərdlilər”in rəsmi saytı da artıq bu məlumatı açıqlayıb.

Qeyd edək ki, “Azərreyl” sonda Kimə 1,5 milyon avro verməyə hazır olsa da, o, karyerasını ölkəmizdə davam etdirmək istəməyib.

Xəbər 883 dəfə oxundu.