İspaniya Super Kubokunun matçları Səudiyyə Ərəbistanında keçirilməyəcək
Futbol üzrə İspaniya Super Kubokunun matçları əvvəlcədən nəzərdə tutulduğu kimi Səudiyyə Ərəbistanında keçirilməyəcək.

Qarşılaşmalar Andalusiyada baş tutacaq. İspaniya Kral Futbol Federasiyası (RFEF) məkanı dəyişdiyi üçün kompensasiya olaraq yarışı bir və ya iki il Səudiyyə Ərəbistanında keçirməyi təklif edib.

Qeyd edək ki, İspaniya Super Kuboku uğrunda "Real Madrid", "Barselona", "Atletik" və "Real Sosyedad" komandaları mübarizə aparacaqlar.

Xəbər 370 dəfə oxundu.