"Zirə"nin sabiq futbolçusunun yeni klubu müəyyənləşib
Bakının "Zirə" klubunun sabiq futbolçusu Alvaro Ampueronun yeni komandası müəyyənləşib.

28 yaşlı perulu cinah müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. Ampuero "Mannuççi" klubu ilə birillik müqavilə imzalayıb.

Qeyd edək ki, Alvaro Ampuero 2019/2020-ci il mövsümündə "Zirə"nin formasını geyinib. O, qəsəbə təmsilçisinin heyətində 18 matçda meydana çıxıb.

Xəbər 349 dəfə oxundu.