Fərdi dünya kuboku yarışlarının ilk günündə 5 güləşçimiz mübarizə aparacaq
Bu gün güləş üzrə fərdi dünya kuboku yarışlarına start veriləcək.

Serbiyanın paytaxtı Belqradda keçiriləcək yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.

Millimizin 5 üzvü xalça üzərinə çıxacaq. Eldəniz Əzizli (55 kq) serbiyalı Sebastyan Kolompar, İslambek Dadov (67 kq) italiyalı Ruben Marvike, Ülvi Qənizadə (72 kq) Fransa güləşçisi İbrahim Qanem, Sənan Süleymanov (77 kq) Paskal Eysele (Almaniya), İslam Abbasov (87 kq) isə əlcəzairli Bəşir Sid Azara ilə qarşılaşacaq.

Turnirdə I-S kateqoriyalı hakimimiz Asif Şirəliyev ədaləti qoruyacaq.

Yarışa dekabrın 18-də yekun vurulacaq.

Xəbər 455 dəfə oxundu.