Macarıstanlı futbolçu Dominik Soboslai karyerasını Almaniyada davam etdirəcək
Avstriyanın “Zalsburq” klubunun futbolçusu Dominik Soboslai karyerasını Almaniyada davam etdirəcək.

Avropa nəhənglərinin də heyətində görmək istədiyi macarıstanlı yarımmüdafiəçi Bundesliqada oynamağa üstünlük verib.

Futbolçu Almaniyanın “Leypsiq” klubu ilə anlaşıb. İyirmi yaşlı futbolçunun keçidi yeni il ərəfəsində rəsmən açıqlanacaq. Bu transfer 25 milyon avroya reallaşacaq.

Xəbər 394 dəfə oxundu.