Fiqurlu konkisürmə üzrə Avropa çempionatı ləğv olunub
Yanvarın 25-31-də Xorvatiyanın paytaxtı Zaqrebdə təşkili nəzərdə tutulan fiqurlu konkisürmə üzrə Avropa çempionatı ləğv olunub.

Beynəlxalq Konkisürmə İttifaqı, həmçinin bu il dekabrın 10-13-də Pekində planlaşdırılan Qran-Pri finalının da baş tutmayacağını açıqlayıb. Şəhərin pandemiyaya görə yarışı qəbul edə bilməyəcəyi vurğulanıb.

Bundan başqa, Fransanın Lion şəhərində yeniyetmələr arasında dünya çempionatı da ləğv edilib. Yarış gələn il martın 12-13-də gerçəkləşməli idi.

Xəbər 436 dəfə oxundu.