Azərbaycan şahmatçısı Almatıda keçirilmiş beynəlxalq festivalın qalibi olub
Azərbaycanın gənc və perspektivli şahmatçısı Xəzər Babazadə Almatıda keçirilmiş beynəlxalq festivalın rapid yarışlarının qalibi olub.

Beynəlxalq ustalar və qrossmeysterlərin qatıldığı turnirdə X.Babazadə 9 oyundan 7 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qeyd edək ki, şahmatçımız dekabrın 6-7-də blits üzrə keçirilmiş “Qarabağ Azərbaycandır!” onlayn beynəlxalq şahmat turnirində də yüksək nəticəyə imza ataraq birinci yeri tutub.

Xəbər 369 dəfə oxundu.