Seçmə mərhələnin oyunlarına Lüksemburq ev sahibliyi edəcək
Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi İspaniya, Belçika və Lüksemburq yığmaları ilə birgə 8-ci qrupda mübarizə aparacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, qrup mərhələsinin oyunları gələn il noyabrın 8-17-də Lüksemburqda təşkil olunacaq.

Xəbər 404 dəfə oxundu.