Veyk-an Zee şahmat turnirində Şəhriyar Məmmədyarov da iştirak edəcək
Yanvarın 15-31-də Niderlandda dünyanın ən mötəbər yarışlarından hesab olunan Veyk-an Zee şahmat turniri (“Tata Steel Chess 2021”) keçiriləcək.

Ənənəvi superturnirin təşkilatçıları yarış iştirakçılarının adlarını açıqlayıblar. Turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Səksən üçüncü dəfə keçiriləcək budəfəki turnirə 14 şahmatçı qatılacaq.

Keçən il şahmatçılarımız bu yarışın B və C turnirlərində iştirak ediblər.

Xəbər 400 dəfə oxundu.