Atletika üzrə qış dünya çempionatı təxirə salınıb | |
Çinin Nankin şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə qış dünya çempionatı təxirə salınıb. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) məlumat yayıb. Dünya çempionatının 2023-cü ilin martında təşkil edilməsi qərara alınıb. Qeyd edək ki, bu turnir ikinci dəfədir təxirə salınır. Belə ki, yarışın əvvəl 2020-ci ilin martında keçirilməsi planlaşdırılsa da, 2021-ci ilə təxirə salınmışdı. Atletika üzrə qış dünya çempionatı 2004-cü ildən başlayaraq iki ildən bir keçirilir. |
|
Xəbər 603 dəfə oxundu. |
|
|