"Real Madrid" UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib
"Real Madrid" UEFA Çempionlar Liqasında Almaniyanın "Borussiya Mönxenqladbax" komandasını 2:0 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.

Paytaxt təmsilçisi turnir tarixində qrup mərhələsini 29 dəfə (ikinci qrup mərhələsi də daxil olmaqla) adlayan yeganə klubdur. Bu isə turnirin rekordu deməkdir.

Qeyd edək ki, komanda B qrupunu 10 xalla birinci pillədə başa vurub.

Xəbər 569 dəfə oxundu.