Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının dekabrın 20-də keçiriləcək XII turunun oyunlarının cədvəli açıqlanıb.

Azsport.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bir günü əhatə edəcək tura Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ”–“Qarabağ” oyunu ilə start veriləcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Saat 16:00-da start götürəcək “Zirə” – “Sumqayıt” oyunu Zirə İdman Kompleksində, “Keşlə” – “Səbail” matçı isə “ASK Arena”da təşkil olunacaq.

Tura saat 17:15-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Həmin gün keçiriləcək turun iki görüşü “CBC Sport”, biri isə Peşəkar Futbol Liqasının “YouTube” kanalı ilə canlı yayımlanacaq.
Qeyd edək ki, 11 turdan sonra turnir cədvəlinə 19 xalla “Qarabağ” klubu başçılıq edir. Eyni xala malik “Zirə” ikinci, 18 xal toplayan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (15), “Keşlə” (12), “Qəbələ (11), “Sabah” (10) və “Səbail” (10) klubları yer alıblar.

Xəbər 596 dəfə oxundu.