UEFA Çempionlar Liqasında səbətlər müəyyənləşib
UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin püşkatması dekabrın 14-də keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq. Püşkatmada iştirak edəcək 16 komanda iki səbətə bölünəcək. Qrup mərhələsinin 8 qalibi səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlər sırasında yer alacaq.

Bu mərhələdə eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcək.

Səpələnmişlər qrupunda “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə), “Liverpul” (İngiltərə), “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “Yuventus” (İtaliya), “Paris Sen-Jermen” (Fransa) və “Real Madrid” (İspaniya) klubları yer alıblar. Səpələnməmişlərdə isə “Porto” (Portuqaliya), “Atalanta” (İtaliya), “Sevilya” (İspaniya), “Latsio” (İtaliya), “Barselona” (İspaniya), “Leypsiq” (Almaniya), “Atletiko” (İspaniya) və “Borussiya Mönhenqladbax” (Almaniya) komandaları qərarlaşıb.

Qeyd edək ki, səkkizdəbir finalın birinci oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab görüşləri martın 9-10-da və 16-17-də keçiriləcək.

Xəbər 368 dəfə oxundu.