Futbol üzrə Azərbaycan çempionatının təqvimi dəyişib | |
AFFA və PFL-in Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb. Hazırda klubların heyətində COVID-19 virusuna yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamları nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklərlə bağlı qərar qəbul edib. Premyer Liqa 12-ci tur 20 dekabr “Sabah” – “Neftçi” “Keşlə” – “Səbail” “Zirə” – “Sumqayıt” “Qəbələ” – “Qarabağ” Premyer Liqa 13-cü tur 24 dekabr “Səbail” – “Qəbələ” “Sumqayıt” – “Sabah” “Neftçi” – “Keşlə” “Qarabağ” – “Zirə” Premyer Liqa 21 yanvar 14-cü tur “Zirə” – “Qəbələ” “Səbail” – “Neftçi” “Sabah” – “Qarabağ “Keşlə” – “Sumqayıt” 25 yanvar Azərbaycan Kuboku, səkkizdəbir final mərhələsi “Səbail” - “Zaqatala” “Turan Tovuz” - “Qəbələ” “Sabah” - “Kəpəz” “Qaradağ Lökbatan” - “Zirə” “Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq. Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun digər oyunları Peşəkar Futbol Liqasının təsdiq olunmuş təqvimi əsasında baş tutacaq. Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər. Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək. |
|
Xəbər 419 dəfə oxundu. |
|
|