“Uşaqlar və idman” layihəsi start götürəcək
Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təşkilatçılığı ilə "Uşaqlar və idman" layihəsi start götürəcək.

Layihənin məqsədi idmanın uşaq və yeniyetmələrin inkişafındakı rolunu, fiziki, mənəvi və psixoloji təsirlərini müəyyən etmək, uşaqlarda idmana marağı artırmaq və bu sahəyə olan bacarıqlarını üzə çıxarmaqdır. Layihə çərçivəsində ilk görüş dekabrın 14-də baş tutacaq. Layihənin ilk qonağı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurovdur.

Tədbir çərçivəsində görüşlər “Instagram” üzərindən canlı yayım vasitəsilə həyata keçiriləcək.

Xəbər 398 dəfə oxundu.