"Yuventus” Paulo Dibalanı Pol Poqba ilə dəyişmək istəyir
“Yuventus” argentinalı futbolçu Paulo Dibalanı “Mançester Yunayted”də oynayan fransız Pol Poqba ilə dəyişdirmək imkanını nəzərdən keçirir.

Bu barədə “Tuttosport” nəşri xəbər yayıb. Mənbənin verdiyi məlumata görə, klubun Poqbanı almağa pulu olmadığından, belə bir mübadiləni qış transfer pəncərəsində təklif edəcək.

Qeyd edək ki, bu yaxınlarda fransız futbolçunun agenti Mino Rayola P.Poqbanın “Mançester Yunayted”dən ayrılmaq istədiyini və növbəti klubunun “Yuventus” ola biləcəyini söyləyib.

P.Dibala 2015-ci ildən “Yuventus”un heyətində oynayır. Mövsüm ərzində futbolçu komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.

Xəbər 565 dəfə oxundu.