“Red Bull Racing” sınaq yürüşlərində iştirak edəcək pilotların adlarını açıqlayıb
“Red Bull Racing” komandanın dekabrın 15-də Əbu-Dabidə keçiriləcək gənclər arasında sınaq yürüşlərində iştirak edəcək pilotların adlarını açıqlayıb.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

“RB16” bolidini gənclər proqramının iştirakçısı 20 yaşlı Yuri Vips və 32 yaşlı Sebastyan Buemi idarə edəcəklər.

Xəbər 544 dəfə oxundu.