Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub
Dekabrın 9-da AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında növbəti birgə iclası keçirilib.

İclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri və digər AFFA rəsmiləri iştirak ediblər.

İclasda mövcud vəziyyət nəzərə alınmaqla Azərbaycan Premyer Liqasının təqvimi müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb.

Müzakirə olunmuş məsələ ilə bağlı qərar Peşəkar Futbol Liqası tərəfindən qəbul olunacaq.

Xəbər 383 dəfə oxundu.