“Neftçi” klubu məşqləri bərpa edib
Komandada üzvləri arasında koronavirusa kütləvi yoluxma hallarına görə istirahətə buraxılan “Neftçi” futbol klubu yenidən məşqləri bərpa edib.

Komanda 13 futbolçu ilə hazırlığa başlayıb. Bunlardan 2-si qapıçıdır. Səlahət Ağayev uzun müddətdən sonra məşqə qatılıb. “Neftçi”də son olaraq qızdırması olan Yusuf Lavalın testinin nəticəsi mənfi çıxıb.

Qeyd edək ki, hazırda “Neftçi”də baş məşqçi Samir Abasovla yanaşı, onun köməkçiləri Qədir Həsənov və Vəfadar Quliyev, həmçinin qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrin aktiv koronavirus xəstələridirlər.

Xəbər 382 dəfə oxundu.