“Qarabağ” klubu UEFA-ya müraciət edib
“Qarabağ” klubu dekabrın 10-da “Vilyarreal”a qarşı İspaniyada keçirməli olduğu UEFA Avropa Liqasının VI tur matçı ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müraciətdə Azərbaycan komandasının koronavirus testinin nəticəsi pozitiv çıxmış və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb. Bunlar A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 2-si qapıçı olmaqla 13 nəfərdir. Göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı bildirilib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

Xəbər 396 dəfə oxundu.