“Özünümüdafiə texnikasının inkişafında Ciu-citsu idman növünün əhəmiyyəti” mövzusunda seminar təşkil olunub
Dekabrın 8-də “Könüllülər dekadası” çərçivəsində “Özünümüdafiə texnikasının inkişafında Ciu-citsu idman növünün əhəmiyyəti” mövzusunda onlayn seminar təşkil edilib.

Azərbaycan Ciu-Citsu Federasiyasının vitse-prezidenti Seymur Səfərov çıxış edərək ciu-citsu idman növünün yaranma tarixi haqqında məlumat verib. Əvvəllər bu idman növünün daha təhlükəli olduğunu, sonradan müəyyən qaydalar əlavə olunaraq peşəkar idmana çevrildiyini bildirib. O, Azərbaycanda Ciu-Citsu idman növünün inkişaf perspektivlərindən və federasiyanın görəcəyi işlərdən danışıb.

Ciu-citsunun “Ne-Waza”, “Fighting” və digər növlər haqqında məlumat verən Seymur Səfərov Braziliya ilə Azərbaycan Ciu-Citsunu oxşar və fərqli cəhətlərini də qeyd edib. Qadağan olunmuş fəndlər haqqında məlumat verərək silahsız özünümüdafiənin ancaq bu idman növündə olduğunu vurğulayıb.

Seminarın sonunda gənclərin maraqlandıran suallar cavablandırılıb və Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti Elvar Osmanov öz növbəsində qonaq haqqında fikirlərini bildirərək idmana verdiyi dəstəkdən danışıb.

Xəbər 417 dəfə oxundu.